21 İyun 2017 16:22
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yenicə ailə quran "Beşiktaş"lı futbolçu Caner Erkin və aktrisa Şükran Ovalının evinə oğru girib.

Teleqraf.com xəbər verir ki, gecə bal ayından dönən cütlük səhər evin qapısının açarının sındırıldığını görüblər.

"Hava yağışlı olduğu üçün o gün həmin zonada xeyli sayda oğurluq baş verib. Bizim evin də iki əsas açarını sındırıblar, amma evə girə bilməyiblər. Bu evdən köçməyə hazırlaşırdım deyə xəbərdarlıq siqnalını söndürmüşdüm", deyə Caner jurnalistlərə qapının qırılmış açarının fotosunu göstərib.

Futbolçu onu da qeyd edib ki, malının oğurlanmasından narahat deyil, sadəcə, evdə olduğu an oğru ilə üzbəüz gəlməkdən qorxur:

“Oğurluğu eləyənin ağlı çox vaxt yerində olmur. Bilmək olmaz, o an biz üzbəüz gəlsəydik, nələr baş verə bilərdi...”


Müəllif: Könül Əlibəyli