23 İyun 2017 17:03
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adanada bir ana 6 aylıq uşağını ağladığı üçün öldürüb.

Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, ana övladının ağzını və burnunu əli ilə qapayaraq onu boğub.

Xəbərə görə, Həbibə və İbrahim cütlüyünün 12 il ərzində övladı olmayıb, daha sonra bir oğlan övladları doğulub və ona Məhəmməd adını veriblər. Ailə başçısı İbrahim işə getdiyi üçün ana və oğlu evdə tək qalıblar. Ana davamlı ağlayan körpəni sakitləşdirmək istəyib, lakin buna nail ola bilməyib. O, körpənin ağız və burnunu əlləri ilə 10 dəqiqə bağlayıb. Bu zaman yaşadıqları binanın birinci mərtəbəsində yaşayan başqa bir ailənin üzvü yuxarı qalxıb və gördüyü mənzərə onu dəhşətə gətirib. Ana səssizcə əlləri ilə boğduğu 6 aylıq körpənin cəsədinə tamaşa edirmiş.

Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, balaca Məhəmmədi xilas etmək mümkün olmayıb. Polis də hadisə yerinə gəlib. Körpənin anası Həbibə peşman olduğunu bildirib və ağlayıb. O, həbs edilərək Adana Polis İdarəsinə aparılıb. Körpə Məhəmmədin cəsədi isə ekspertizaya göndərilib.


Müəllif: Cavad