25 İyun 2017 18:27
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Report xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.

Soyadı hazırda məlum olmayan Taleh Məmməd oğlunun idarə etdiyi maşın idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com