16 İyul 2017 13:34
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Riyaziyyatın Nobeli olaraq xatırlanan Fields mükafatını qazanan ilk qadın kimi tarixə düşən Məryəm Mirzəxanlı 40 yaşında döş xərçəngi xəstəliyindən vəfat edib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Məryəm Mirzəxanlı əslən iranlıdır.

Amerikada yaşayan və işləyən Mirzəxanlı erkodik nəzəriyyə, simplektik həndəsə nəzəriyyələri sahəsində dünyanın ən güclü riyaziyyatçısı hesab olunurdu.

İran-İraq savaşı zamanı Tehranda ən güclü məktəblərin birində təhsil alan Mirzəxanlı sonradan dünya riyaziyyat olimpiadalarına qatılmaqla böyük təcrübə toplaya bilib.


Müəllif: Cavad