17 İyul 2017 16:55
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metrosunda gənc oğlan özünü relslərin üzərinə atıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Teleqraf.com-a hadisə ilə bağlı açıqlama verərkən deyib ki, olay saat 15:00 radələrində "Bakı Metropoliteni"nin "Ulduz” stansiyasında qeydə alınıb.

“1992-ci il təvəllüdlü Ələsgərli Tamerlan Rövşən oğlu özünü relslərin üzərinə atsa da, xoşbəxtlikdən və maşinistin operativliyi nəticəsində qatarı saxlamaq mümkün olub. Relslərdəki gərginlik kəsildikdən sonra sərnişin qatarın altından çıxarılaraq, polisə təhvil verilib”.

Nəsimi Paşayev qeyd edib ki, qatarlarların hərəkətində hər hansısa gecikmə yaranmayıb.


Müəllif: Şəfiqə Nazimqızı