15 Avqust 2017 15:09
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük öndər Mustafa Kamal Atatürkün Yalovaya gəlişinin 88-inci ildönümü bayramına yalovalıları dəvət edən bələdiyyə başqanı Vəfa Salman proqramla ilgili bilgi verib.

Teleqraf.com xəbər verir ki, bələdiyyə başqanı 19 Avqust 1929-cu ilin Atanın Yalovaya gəldiyi, Yalovanın bir şəhər ola bilməsi yönündə ilk addımın atıldığı tarix olduğunu bildirib:

“Atamız şəhərin kəşf edilməsinə, inkişafına böyük önəm verib. O bu şəhərin həm qurucusu, həm də qoruyucusu olub. Özünün məşhur “Yalova mənim şəhərimdir” sözlərini deyərək buraya verdiyi önəmi vurğulayıb”.

Qeyd edək ki, 19 avqustda keçiriləcək “Atatürkün Yalovaya gəlişinin 88-ci ilinin bayram Proqramı” 17.30-da kortejin hərəkəti ilə başlayacaq. Hərəkət edən Köşk önündən başlayacaq kortej yürüşü 15 İyul Demokratiya və Cümhuriyyət Meydanında sona çatacaq. Ötən il planlanan, ancaq baş verən qiyama cəhd nəticəsində ləğv edilən Solo Türk nümayişi saat 18.30-da icra ediləcək. Türk Silahlı Qüvvələrinin göz bəbəyi sayılan Solo Türk komandası 15 İyul Demokratiya və Cümhuriyyət Meydanı üzərində icra edəcəkləri uçuşla Atatürkü yad edəcək. Ədirnə bələdiyyə orkestri isə verəcəyi konsertdə Atatürkün sevdiyi mahnıları səsləndirəcək.


Müəllif: Alpər Cəbrayıl