14 Oktyabr 2017 03:44
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda bir-birinə bitişik tikilmiş iki fərdi yaşayış evinin dam örtüyünün və ikinci mərtəbələrinin yanar konstruksiyaları yanıb.

Evlərin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com