14 Oktyabr 2017 13:55
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Sirt bölgəsinin Şirvan rayonunda güclü partlayış baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı 4 əsgər yaralanıb. Onlar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Məlumatlara görə, hadisəyə səbəb terrorçuların yol kənarına yerləşdirdiyi əldəqayırma partlayıcı qurğunun işə düşməsi olub.


Müəllif: Samir