17 Noyabr 2017 22:31
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:39

Paytaxtın Zığ qəsəbəsində torpaq uçqunu olub.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunda Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə yaranan torpaq uçqunu nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu torpaq altında qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. İlkin olaraq əməliyyat şəraiti qiymətləndirilib. Mürəkkəb şəraiti (hər an yenidən torpaq uçqunu olma təhlükəsi var) nəzərə alaraq, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətininin yanğınsöndürən-xilasedicilərindən ibarət əlavə xilasetmə dəstəsinin cəlb olunması qərara alınıb.

Hazırda xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

***

Zığda torpaq uçqunu altında qalan şəxs xilas edilib.

Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə baş vermiş uçqun nəticəsində torpaq altında qalan 22 yaşlı Əmirəhməd Bağırzadə FHN-in xilasediciləri tərəfindən xilas edilib.

Onun 8 metr dərinlikdə qaldığı bildirilirdi.


Müəllif: Teleqraf.com