14 Dekabr 2017 12:27
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehranda İran təhlükəsizlik qüvvələri azərbaycanlı milli-mədəni fəal xanım Xədicə Həjəbrinin evinə daxil olaraq axtarış aparıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, təhlükəsizlik qüvvələri məhkəmə hökmü olmadan evə daxil olublar.

Məlumata görə, azərbaycanlı fəalın kompüter, mobil telefonu, oğlunun toy mərasiminin CD-ləri və İranda satışda olan qanuni kitabları hökumət qüvvələri tərəfindən müsadirə olunub. Milli-mədəni fəalın ailəsinin də təhdidlərə məruz qaldığı bildirilir.


Müəllif: Samir