15 Yanvar 2018 14:46
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayonunun polis və prokurorluq əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsi törədərək qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsinin birgə yaydığı məlumatda qeyd olunur.

Məlumata görə, yanvarın 14-də Sabunçu rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Hyundai” markalı 99-LX-652 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1955-ci il təvəllüdlü Qənbər Mirzəyevin vurması, sonuncunun aldığı bədən xəsarətləri nəticəsində hadisə yerində ölməsi və sürücünün hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin 1980-ci il təvəllüdlü Araz Məmmədov tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov