22 Yanvar 2018 15:34
1 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görkəmli alim Əsəd Musayev vəfat edib.

Kənd Təsərrüfatı Nazirliyindən APA-ya bildirilib ki, Ə. Musayev yanvarın 21-də 80 yaşında dünyasını dəyişib.

Əsəd Cənnət oğlu Musayev uzun müddət Aqrar Elm Mərkəzinə və Əkinçilik Elmi-Tədqiqat İnstitutuna rəhbərlik edib.

Ə. Musayevin tədqiqat işləri nəticəsində yüzlərlə buğda, çovdar və digər dənli bitkilərin təbii hibrid formaları toplanıb. Rəhbərlik etdiyi “Bitki seleksiyası” şöbəsində bir sıra buğda, arpa, qarğıdalı, soya, lobya, noxud, tritikale bitkilərinin 20 mindən çox genofondunun toplanmasına nail olunub, dənli, dənli-paxlalı bitkilərin 90-dan çox sortu yaradılıb, KTN yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə verilib. İndiyədək onlardan 47-si rayonlaşıb və patentləşib. Bu sortlar hər il respublikada 600 min hektardan artıq sahədə əkilir.

Mərhum alim “Şərəf nişanı” ordeni ilə təltif edilib, əməkdar kənd təsərrüfatı işçisi fəxri adına və Azərbaycan prezidentinin fərdi təqaüdünə layiq görülüb.


Müəllif: Teleqraf.com