18 Fevral 2018 12:42
2 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:56

İranın paytaxtı Tehrandan qalxan təyyarə radardan itib.

Teleqraf.com xarici mediaya istinadla bildirir ki, təyyarənin İsfahan yaxınlığında Semirom kəndi ətrafında yerə düşdüyü bəlli olub.

İranın Asiman Hava Yollarına aid təyyarədə ən azı 60 sərnişinin olduğu qeyd edilir.

***

Son məlumata görə, təyyarənin göyərtəsində olan 66 nəfərin hamısı həlak olub.

Bunu İranın ISNA informasiya agentliyi aviakompaniyaya istinadən xəbər verib. "Təyyarədə 60 sərnişin və 6 ekipaj üzvü olub. Təəssüf ki, onlardan sağ qalan yoxdur", deyə məlumatda qeyd olunub.

Sərnişinlərdən birinin uşaq olduğu da xəbərdə vurğulanıb.


Müəllif: Cavad, Səxavət