21 Fevral 2018 11:13
1 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:42

Sumqayıt şəhərində çox mərtəbəli binanın lifti qırılıb, 3 nəfər ağır xəsarət alıb.

Hadisə şəhərin 47-ci məhəlləsində baş verib.

Belə ki, çoxmərtəbəli yaşayış binasında hərəkətdə olan lift qırılıb. Hadisə nəticəsində 3 nəfər - 1981-ci il təvəllüdlü Sahil Əliağa oğlu Nəcəfov, 1982-ci təvəllüdlü Oruc Faiq oğlu İsmayılov və 1995-ci il təvəllüdlü Təbriz Famil oğlu Nəcəfli ehtiyatsızlıqdan 8-ci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıblar.

Yaralılar yerli sakinlərin köməyikliyi ilə dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır/Report/

***

Sumqayıt şəhərində çoxmərtəbəli binanın liftində yaralananlardan biri reanimasiyadadır.

Bu barədə Teleqraf.com-a Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildiriblər.

Aldığımız məlumata görə, 1982-ci il təvəllüdlü Oruc İsmayılov reanimasiya yerləşdirlilib: “O, bel, çanaq və aşağı ətrafların əziyi, sınığı və sıyrıntıları diaqnozu ilə reanimasıya yerləşdirilib. Bu gün vəziyyəti bir az yaxşıdır. 1995-ci il təvəllüdlü Təbriz Nəcəfli sol baldır və dizin əziyi, topuğun qapalı sınığı, 1981-ci il təvəllüdlü Sahil Nəcəfov isə döş qəfəsi və belin əziyi və sınığı ilə tramatoloji şöbəyə yerləşdiriliblər".

Xəstəxanadan qeyd edilib ki, hadisə fevralın 19-da baş verib: “12:45-də bizə müraciət edilib”.

Sumqayıt Şəhər “Lift-Servis” Birliyinin rəisi Cümşüd İsmiyev isə Teleqraf.com-a açıqlamasında bildirilib ki, hadisə Sumqayıtda baş verməsinə baxmayaraq, binalarda liftlərin quraşdırılmasına Bakı Lift Təmir İstehsalat Birliyi nəzarət edir: “Şəhərdə köhnə liftlərin dəyişdirilməsi üçün yeni liftlər alınır. Sumqayıtda bəzi ərazilərə biz, bəzi ərazilərə isə onlar nəzarət edir. Bu hadisə ilə bağlı Bakı Lift Təmir İstehsalat Birliyinə müraciət edin”.

Bakı Lift Təmir İstehsalat Birliyi ilə əlaqə saxlamağa çalışsaq da, telefonu götürən olmadı.


Müəllif: İlhamə Əbülfət