26 May 2018 13:47
1 921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Kibariyənin özündən 20 yaş kiçik ərinin ona xəyanət etməsi xəbəri yayılıb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Kibariyənin həyat yoldaşı Əli Küçükbalçık qızının Livanlı Doha adlı idman müəlliməsi ilə ona xəyanət etdiyi iddia edilib.

İdman müəlliməsi Əli Küçükbalçık ilə dost münasibətinin olduğunu açıqlayıb: “Əli Kibariyəni çox sevir. Hamilə olduğum barədə iddialar da yalandır” .

58 yalı Kibariyə iddialara belə cavab verib: “Evliliyimi asanlıqla bitirmərəm. Əli istəməzsə, gedərəm. Sadəcə qızım Birgül üçün üzülürəm”.

Cütlük 1999-cu ildə evlənib. 2000-ci ildə onların Birgül adlı qızları dünyaya gəlib.


Müəllif: Cəmilə