2 May 2014 16:19
1 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis “Dövlət rüsumu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun layihələrini müzakirə edib.

Bu haqda İqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev məlumat verib. Deputat deyib ki, dövlət reyesteri və rüsumu haqda dəyişikliklər texniki xarakter daşıyır:

“Burada sənədlərin vahid forması və prosedurlar nəzərdə tutulub”.

Deputat Çingiz Qənizadə isə bildirib ki, dəyişikliklər həm də humanist xarakter daşıyır.

Sonda layihələr səsə qoyularkən yetərsay olmayıb. İkinci səsvermədən sonra layihələr ayrı-ayrılıqda qəbul edilib.

Nemət


Müəllif: