7 Fevral 2015 16:45

Prezidentin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvi haqqında qərarı ciddi müzakirə edilir.

Bir çox ekspertlər bunu doğru və yerində atılan qərar hesab edir. Respublikaçı Alternativ Hərəkatının (REAL) İdarə Heyətinin üzvü Erkin Qədirli də bu barədə fikirlərini açıqlayıb.

Hüquqşünas bildirib ki, əslində icra hakimiyyəti kiçik və çevik olmalıdır. Onun fikrincə, həm idarələrin sayı, həm də səlahiyyətlərin həcmi baxımından bu, vacibdir:

“Bu, bir tərəfdən, büdcə vəsaitlərinin qənaətinə, onların strateji və sosial məqsədlərə yönəldilməsinə, vətəndaşın üzərinə düşən vergi yükünün azalmasına, digər tərəfdən isə, haqq və azadlıqların genişlənməsinə xidmət edəcək”.

Cavidan


Müəllif: