4 Mart 2015 16:39
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda Ermənistanı yeni böhran bürüyüb. Bu böhran daha çox hakimiyyət uğrunda böhranda özünü göstərir”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli deyib.

E.Nəsirli bildirib ki, erməni müxalifəti, xüsusilə parlamentdə təmsil olunan üç partiya bu il Ermənistanda erkən parlament və prezident seçkilərinin keçirilməsini tələb edib. Onun sözlərinə görə, amma Sərkisyan istefaya getməyəcəyini bəyan edib.

“Ermənistanda baş verənlər göstərir ki, nə Sarkisyanın, nə də müxalifətin geri çəkilmək niyyəti yoxdur və ölkədə vəziyyətin gərginləşməsi proqnozlaşdırılandır. Belə olan vəziyyətdə Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində atəşkəsin pozulması hallarının intensivləşməsi qeydə alına bilər.

Hətta, Ermənistanın növbəti hərbi təxribatlarının olması da istisna deyil. Sərkisyan hakimiyyətini qorumaq üçün cəbhədə yeni təxribatlara əl ata bilər”, – deyə politoloq qeyd edib.

Səxavət


Müəllif: