26 Mart 2015 13:04
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyi artıran və sülh prosesinə ziyan vuran hərəkətlərdən və bəyanatlardan çəkinməyə çağırır. Trend-in məlumatına görə, bu barədə Avropa Qonşuluq Siyasətinın Azərbaycanda tətbiqi ilə bağlı hesabatda deyilir.

Münaqişə tərəfləri arasında atəşkəs razılaşmasının əldə olunmasından 20 il ötdüyü qeyd olunan hesabatda bildirilir ki, 1994-cü ildən bəri ən çox itkilərlə baş verən hadisələr təhlükəsizliklə bağlı ciddi narahatlıqlar doğurur.

Hesabatda həmçinin qeyd olunur ki, Aİ, ATƏT Minsk qrupunun münaqişənin tənzimlənməsi üzrə fəaliyyətinə tam dəstəyini davam etdirib.


Müəllif: