25 May 2014 19:31
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva şəhərində Beynəlxalq Təhlükəsizlik üzrə 3-cü Konfrans keçirilir.

Konfrans çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri general-mayor Hüseyn Dehqanla görüşüb. Görüşdə regional təhlükəsizlik və ölkələr arasında qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

İran mətbuatının yaydığı məlumata görə, görüş zamanı Dehqan qeyd edib ki, ABŞ-ın digər dövlətlərin daxili işinə müdafiə etməsi regional və beynəxalq səviyyədə qeyri-sabitliyin yaranmasına gətirib çıxardır. O, bildirib ki, bütün ölkələr arasına olan münasibətlər qarşılıqlı anlaşma çərçivəsində qurulmalıdır.

Dehqan İranın xarici siyasətində rəsmi Bakının əhəmiyyətli yer tutduğunu da qeyd edib. Zakir Həsənov isə həmkarına cavabında iki ölkənin Müdafiə Nazirlikləri arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə ümid etdiklərini söyləyib.

Zakir Həsənov beynəlxaq əlaqələrin iki standartlara əsaslandığını və ATƏT-in Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətinin səmərəsiz olduğunu və buna görə narahatlıq hissi keçirdiklərini bəyan edib.


Müəllif: