1 Avqust 2015 08:17
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycana rəsmi səfəri zamanı Avropa İttifaqının Azərbaycanla ikitərəfli əlaqələrin dərinləşməsində maraqlı olduğunu bildirib”. Bunu Avropa İttifaqının Beynəlxalq Əlaqələr üzrə Şurasının mətbuat katibi Suzanna Keyfer deyib.

S.Keyfer bildirib ki, D.Tusk həmçinin Azərbaycanın qaz tədarükünün şaxələndirilməsi üzrə Avropa İttifaqının əsas tərəfdaşı olduğu energetika sahəsi də daxil olmaqla, ikitərəfli əməkdaşlığın əhəmiyyətini qeyd edib: “Səfər zamanı Donald Tusk ticarət əlaqələrinin genişlənməsi perspektivlərini müzakirə edib. Bunun üçün yaxşı idarəetmə və hüququn aliliyi mühüm məsələlərdir”.

Mətbuat katibi qeyd edib ki, səfər zamanı D.Tusk Avropa İttifaqının insan hüquqları və əsas azadlıqlara böyük əhəmiyyət verdiyini bildirib: “Avropa İttifaqı inanır ki, açıq cəmiyyət uzun müddətli sabitlik və tərəqqi üçün ən yaxşı zəmanətdir”.

Səxavət


Müəllif: