7 May 2016 17:52
213

“Onlar öz güclərinə bələddir. Bilirlər ki, 90 saylı Ağdaş seçki dairəsində təkrar seçkilərə girsələr, seçilə bilməyəcəklər. Ona görə də bu seçkilərə qatılmırlar ”.

Teleqraf.com xəbər verir ki, bunu YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Müsavat, AXCP, Milli Şura və digər müxalifət təşkilatlarının təkrar seçkilərə qatılmamasına münasibət bildirərkən deyib.

YAP funksioneri xatırladıb ki, Müsavat Partiyası son parlament seçkilərində bütün dairələrdən namizəd irəli sürüb və 35-36 namizədi qeydiyyatdan keçib: “Sonra İsa Qəmbərin namizəd olduğu seçki dairəsində mitinq keçirdilər. Adını da, qoydular ki, Müsavat Partiyasının namizədləri ilə seçicilərin görüşüdür. Təsəvvür edin ki, hər bir seçki dairəsində orta hesabla 35 min seçici var. Təkcə İsa Qəmbərin namizəd olduğu dairənin seçicilərinin yarısı ora gəlsəydi, bu 10 min adam edərdi. Amma həmin görüşə 400 nəfər adam gəldi. Onlarda namizədlərin qohum-əqrəbası idi. İndi bu güclə gedib Ağdaşda təkrar seçkilərdə neyləyəcəklər ki?”

Cabbar


Müəllif: