27 İyul 2016 14:07
209

"Güclü komanda ilə qarşılaşacağımızı bilirdik. Bununla belə, meydana daha fəal olmaq üçün çıxmışdıq. Statistika göstərir ki, "Qarabağ"ın da qol vurmaq şansı olub".

Qol.az-ın məlumatına görə, bu sözləri "Viktoriya"nın baş məşqçisi Roman Pivarnik Çempionlar Liqasının III təsnifat mərhələsində evdə "Qarabağ"la 0:0 bərabərə qaldıqları ilk matçdan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

49 yaşlı mütəxəssis 0:0 hesabının onların mərhələ keçməsinə kömək olacağını bildirib: "İlk hissədə bir neçə qol imkanımız oldu. Lakin bundan yararlana blmədik. Rəqibin 10 futbolçu ilə müdafiəyə çəkilməsi işimizi çətinə saldı. Bununla belə, oyunu öz xeyrimizə başa vurmaq istəyirdik. İkinci hissəni demək olar ki, meydanın rəqibə aid hissəsində keçirdik. Ancaq futbolçumuz meydandan qovulduqdan sonra rəqibə təzyiq etmək çətin idi. Bu səbəbdən artıq "Qarabağ"ın səhv etməsini gözlədik. Bu matç mənim ilk rəsmi oyunum idi. Komandam yaxşı təsir bağışladı. Ancaq daha cəsarətli oynaya bilərik. Düşünürəm ki, bu nəticə mərhələ keçməyimizə kömək edəcək".

Qeyd edək ki, "Qarabağ" və "Viktoriya" arasında cavab görüşü avqustun 2-də, Bakıda keçiriləcək.


Müəllif: