31 İyul 2016 12:08
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Manchester United" Pol Poqbanın transferinə yaxındır.

Goal.az "Daily Mail"ə istinadən xəbər verir ki, Floridada istirahət edən yarımmüdafiəçi Los-Ancelesdə tibbi müayinədən keçəcək. "Manikunianlar" Poqbanın transferinə 110 milyon avro sərf edəcək. Bunun 20 faizi futbolçunun agenti Mino Rayolaya çatacaq. Poqba "United"lə müqaviləsini uzadacağı və ya "Qızı top"a sahib çıxacağı təqdirdə "Juventus" bonuslar da qazanacaq. Fransalı havbek "qırmızı şeytanlar"la 5 il müddətinə müqavilə imzalayacaq və həftədə 290 min avro maaş alacaq. 2012-ci ildə Poqba "Manchester United"i tərk edərək azad agent kimi Turin klubuna keçmişdi. "Qoca senyora" onun hazırlığı üçün qarşı tərəfə 800 min avro ödəmişdi.

Poqbanın transferi "United" rəhbərliyini bir neçə futbolçu ilə yolları ayırmağa məcbur edəcək. Onların sayı 8-dir. Bastian Şvaynştayger, Adnan Yanuzay, Uill Kin, Tayler Blekett, Patrik Makneyr, Ceyms Uilson, Andreas Pereyra, Timoti Fosu-Mensah və Kemeron Bortuik-Cekson özlərinə yeni klub tapmalıdır. "The Guardian" bu futbolçuların əvəzedici komanda ilə məşq etdiyini nəzərdən qaçırmayıb. Memfis Depayın taleyinə tam aydınlıq gəlməsə də, Joze Mourinyonun 19 yaşlı Markus Reşford etimad göstərəcəyi gözlənilir


Müəllif: