23 Aprel 2014 12:00
1 061

Ötən həftə Mayamidə dincələn məşhur tennisçi Serena Uilyams çox böyük məmnuniyyətlə gözəl bədənini fotoqrafçılara nümayiş etdirib.

Teleqraf.com xəbər verir ki, idmançı fotoqrafçılar qarşısında tennis matçlarında olduğu kimi yüngül poza verib.

Fitness jurnalına müsahibə verən Serena deyib: “Mən cavan olanda idmançı kimi uzun və arıq görünmək istəmişəm. Lakin insanların məni olduğum kimi sevməsi mənə ruh yüksəkliyi verir. Mən bədən formalarımı qəbul etməyə başladım və iri döşlərimlə fəxr etməyə başladım. İnsan gözəl olduğunu anlamalıdır”.

İdmançı tennisdən başqa velosiped sürür, yoqa və rəqslə də məşğul olur.

Camalə


Müəllif: