14 İyul 2014 12:15

Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona yığmasının futbolçusu Lionel Messinin "DÇ-2014"ün "Qızıl top" mükafatını qazanmasına münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, "Ole"yə danışan Maradona Messinin bu mükafata layiq olmadığını deyib:

"Marketinqlə məşğul olan insanlar Messiyə qazana bilmədiyini hədiyyə etmək istədilər. Elə təəssürat yarandı ki, heç onun özü də mükafatı almağa getmək istəmirdi.

Kolumbiya millisinin hücumçusu Xames Rodriqesi mundialın ən yaxşısı hesab edirəm. Almanlar Argentinanı müdafiəçilər arasında yaranan anlaşılmazlıq sayəsində məğlub etdilər. Onlar bizi üstələmədilər".


Müəllif: