17 May 19:08

Azərbaycanın yunan-Roma güləşçisi Rəsul Çunayev (71 kq) IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal uğrunda xalça üzərinə çıxıb.

Teleqraf.com-un məlumatına görə, bu dəfə güləşçimizin rəqibi Türkiyə təmsilçisi İlker Sönmez olub.

İdmançımız rəqibini 4:1 hesabı ilə məğlub edərək bürünc medala sahib olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Müəllif: Teleqraf.com