25 İyun 2017 08:17
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasına hazırlaşan “Zirə” daha bir futbolçunu heyətinə cəlb edib.

Teleqraf.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, pataxt təmsilçisi rumıniyalı Qabriel Mateyi tansfer edib.

27 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Qabriel Matey ölkəsində “İnternasional”, “Panduri”, “Syaua”, “Akademika” və “Tarqu Mureş” kimi klublarda forma geyinib. Son mövsüm isə müdafiəçi Polşanın “Qurnik” klubunda çıxış edib. Matey həmçinin, Rumıniyanın U-21 milli komandasının da şərəfini qoruyub.


Müəllif: Teleqraf.com