9 Avqust 2017 00:35
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın “Real Madrid” klubunun ulduz futbolçusu Kriştian Ronaldonun ehtiyatsızlığı ona baha başa gələcəkdi.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, UEFA Superkubok qarşılaşmasında iştirak etmək üçün Makedoniyanın Skopye şəhərinə gələn Ronaldo avtobusdan düşərkən büdrəyib. Ancaq Kriştian zədədən qaça bilib. Hadisədən sonra ayağında ağrılar hiss edən Ronaldo jurnalistləri salamlarayaq, otelə daxil olub. Qeyd edək ki, UEFA Superkubokunda “Real Madrid” İngiltərənin “Mançester Yunayted” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 22:45-də başlayacaq.


Müəllif: Samir