13 Aprel 2014 21:25

Türkiyənin "Qalatasaray"ın futbolçusu Didye Droqba mövsümün sonunda komandasını tərk edə bilər.

Teleqraf.com-un məlumatına görə, bu barədə klub prezidenti Ünal Aysal yerli mətbuata açıqlamasında bildirib.

O, qeyd edib ki, təcrübəli hücumçu ilə yeni müqavilə imzalamaq istəsələr də, Droqba ilə hələlik razılıq əldə olunmayıb.

"Bu ayın sonunda dəqiq qərar veriləcək. Droqba ilə görüşümdə onunla 1 illik müqavilə imzalamaq istədiymizi dedim. O isə uşaqlarının təhsil və dil problemini əsas gətirərək, ailəsi ilə bir daha məsləhətləşməli olduğunu dedi. Droqba karyerasının sonuna gəldiyi üçün başqa bir kluba getmək istəyir".

Qeyd edək ki, Droqbanın "cim-bom"la müqaviləsi mövsümün sonunda başa çatır.


Müəllif: Teleqraf.com