17 Noyabr 2017 20:52
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start verilib.

İlk oyun günündə bir matç baş tutub.

Lider “Qarabağ”ın “Sumqayıt”la Bakı Olimpiya Stadionunda reallaşan görüşündə meydan sahibləri qələbə qazanıblar - 2:0.

Bu qalibiyyət sayəsində xalını 28-ə çatdıran Ağdam klubu ilk pillədəki yerini bir qədər də möhkəmləndirib. “Sumqayıt” isə 16 xalla 4-cü sıradadır.

Qeyd edək ki, XII turun növbəti oyunları həftəsonu keçiriləcək. Noyabrın 18-də “Keşlə” “Zirə”ni, “Kəpəz” “Səbail”i qəbul edəcək. Noyabrın 19-da isə “Neftçi” evdə “Qəbələ” ilə qarşılaşacaq.

Azərbaycan Premyer Liqası

XII tur

17 noyabr (cümə)

“Qarabağ” – “Sumqayıt” 2:0

Qollar: Riçard Almeyda, 41. Dino Ndlovu, 65

Qırmızı vərəqə: İbrahim Şehiç (“Qarabağ”)

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Cəmil Quliyev, Ömər Paşayev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Murad Məmmədov

Bakı Olimpiya Stadionu/Report/


Müəllif: Teleqraf.com