1 Dekabr 2017 20:45
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ” komandası Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Teleqraf.com xəbər verir ki, Ağdam təmsilçisi XIV turun açılış oyununda “Neftçi”ni məğlub edib.
Matçda vurulan yeganə qola 25-ci dəqiqədə Maksim Medvedev imza atıb. Bu qalibiyyətdən sonra xalını 34-ə çatdıran “Qarabağ” liderliyini bir qədər də möhkəmləndirib. “Neftçi” isə 16 xalla 5-ci sıradadır.
Qeyd edək ki, XIV tura həftəsonu keçiriləcək 3 oyunla yekun vurulacaq. Dekabrın 2-də “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək. Ertəsi gün isə "Qəbələ” - "Keşlə” və "Səbail” - "Zirə” matçları baş tutacaq.


Müəllif: Teleqraf.com