11 Yanvar 16:59

İspaniyanın “Barselona” klubunun türkiyəli futbolçusu Arda Turanla argentinalı futbol ulduzu Leonel Messinin münasibətləri pozulub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məlumatlarda Turanın Messi ilə soyunub-geyinmə otağında belə salamlaşmadığı deyilir.

Buna səbəb kimi Messinin Ardanı komanda üçün çalışmamaqda ittiham etməsi göstərilir.

Argentinalı ulduz türkiyəli futbolçunun klubdan getməsinə tərəfdar olduğunu və onun “7” nömrəli formasının yeni transfer olunan Koutinyoya verilməsini istədiyini bildirib.


Müəllif: Samir
Загрузка...