13 Yanvar 11:50
331

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola tarix yazmağa davam edir.

Teleqraf.com xəbər verir ki, İngiltərə Premyer Liqasında çıxış edən “Mançester Siti” futbol klubunun baş məşqçisi Pep Qvardiola ard-arda 4 dəfə ayın ən yaxşı baş məşqçisi seçilən ilk adam olub.

Qeyd edək ki, dekabr ayında 7 oyun keçirən “Mançester Siti” futbolçuları 6 qələbə və 1 bərabərlik əldə ediblər.

Ayın ən yaxşı oyunçusu isə “Tottenhem” klubunun hücumçusu Harri Keyn seçilib.


Müəllif: Cabbar