29 Aprel 2014 21:46
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Finala yüksələrək xəyallarımızı gerçəyə çevirmək istəyirik. Sona qədər mübarizə aparacağıq. Çox maraqlı oyun olacaq. Finala adımızı yazdıracağımıza inanıram".

Teleqraf.com-un verdiyi xəbərə görə, bu sözləri "Atletiko"nun futbolçusu Arda Turan Çempionlar Liqasının yarımfinalında sabah baş tutacaq "Çelsi" ilə cavab qarşılaşması öncəsi deyib.

London klubunun baş məşqçisi Joze Mourinyo haqda müsbət fikirlər səsləndirən türk yarımmüdafiəçi Dieqo Simeonin də onlar üçün çox önəmli biri olduğunu bildirib:

"Mourinyo və Simeone dünyanın taktiki cəhətdən iki güclü məşqçisidir. Matçda da taktiki mübarizə olacaq. Mourinyoya böyük hörmətim var. Çox güclü məşqçidir. Ancaq biz də Simeone kimi yaxşı məşqçiyə sahibik".

Qeyd edək ki, bu komandalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatıb.


Müəllif: