15 May 2014 12:23
530

Türkiyənin Manisa vilayətindəki Soma qəsəbəsində baş verən mədən faciəsi ilə bağlı dünyanın hər yerindən mənəvi dəstək nümayiş olunur.

Belə bir dəstək İspaniyanın "Atletiko" (Madrid) futbol komandasından gəlib.

Türkiyəli milli futbolçu Arda Turanın da oynadığı komandanın üzvləri növbəti oyundan öncə Soma köynəkləri geyinəcəklər. Rəqib meydanda "Barselona" ilə qarşılaşacaq "Atletiko" dəstəyini belə göstərəcək.

Bu oyun İspaniya çempionunu müəyyənləşdirəcək /APA/.


Müəllif: