23 İyul 2015 15:57
322

Çempionlar Liqasının II təsnifat mərhələsində İslandiya çempionu "Styarnan"ı mübarizədən kənarlaşdıran (2:0, 4:1) "Seltik" növbəti mərhələdə "Qarabağ"la qarşılaşacaq.

Teleqraf.com xəbər verir ki, Şotlandiya klubunun çalışdırıcısı qarşıdakı görüşlərlə bağlı fikirlərini bölüşüb:

"Növbəti mərhələdə ən güclü rəqiblə qarşılaşacağıq. "Qarabağ"la hər iki oyun tamamilə fərqli olacaq. Onların "Rudar"la bir matçını izlədim, "Rudar"dan çox güclü idilər.

Çempionlar Liqasında mərhələ keçmək istəyirsənsə, qarşına çıxan bütün rəqibləri məğlub etməlisən. Bu mənada "Qarabağ"la hər iki oyun həm maraqlı, həm də çətin keçəcək".

Rüstəm


Müəllif: