2 İyun 2014 22:31

Türkiyə millisinin hücumçusu Burak Yılmaz komanda yoldaşı Arda Turanın gələcək klubunun adını açıqlayıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, B.Yulmaz A.Turanın "Mançester Yunayted"ə keçəcəyini deyib:

"Dünən Arda ilə birlikdəydim. Onun "Mançester Yunayted" nümayəndələri ilə danışıqları müsbət nəticələnib. Böyük ehtimalla Arda Turan yeni mövsümdən "MY"nın şərəfini qoruyacaq".

Qeyd edək ki, A.Turan bundan əvvəl verdiyi açıqlamasında Madrid klubundan ayrılmayacağını söyləmişdi.


Müəllif: