28 May 2016 22:29
166

Argentina milli komandasının kapitanı Lionel Messi zədələnib.

Teleqraf.com xəbər verir ki, ulduz futbolçu Hondurasla yoldaşlıq matçında belindən zədələnib və oyunu yarımçıq tərk edib.

Həkimlər onun zədəsinin nə qədər ağır olduğunu yaxın zamanda məlum olacağını bildiriblər.

Qeyd edək ki, Argentina - Honduras görüşü birincilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Müəllif: