21 İyun 2014 11:35
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın futbolçusu Reynaldonun xidmətində maraqlı olan klublardan biri də Almaniya "Ayntraxt"ıdır. Ötən yay Ağdam təmsilçisini Avroliqanın qrupuna buraxmayan klub "sambaçı"nı yoldan çıxarmağa çalışır.

Teleqraf.com Milli.Az-a istinadən bildirir ki, Onu menecerinin dəstəyi ilə öz klubuna gətirmək istəyən alman klubu hələlik rəsmi təklif göndərməyib.

"Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bu məsələylə bağlı açıqlama verib . İbrahimov bildirdi ki, Reynaldo əla xüsusiyyətlərə malikdir: "Reynaldo keçən mövsüm bombardir olub. "Ayntraxt" ilə qarşılaşmada da öz sözünü demişdi. Belə olduqda o, bir çox adlı-sanlı klubun maraq dairəsinə düşə bilər. Amma "Qarabağ" ilə müqaviləsi var və o, burada xoşbəxtdir. Bizə "Ayntraxt"dan heç bir rəsmi təklif gəlməyib".

Nurlan İbrahimov onu da əlavə etdi ki, planda bir neçə oyunçunun kluba transferi var. Yaxın günlərdə ətraflı mediaya bildiriləcək.


Müəllif: