29 Aprel 2017 12:59
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir iqtisadçı alim kimi etiraf edirəm ki, bu gün Azərbaycandakı bankların fəaliyyətində ciddi nöqsanlar var.

Teleqraf.com "Report"a istinadla xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) ümumi yığıncağının iclasında çıxış edən Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye Komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Millət vəkili ölkədəki pul qıtlığından da danışıb: "Düşünürəm ki, həddən artıq pul qıtlığı yaratmamalıyıq".

Ziyad Səmədzadənin sözlərinə görə, Azərbaycan tikinti materiallarına olan tələbatın 80-85%-ni təmin edir: "Biz bir sıra uğurlu layihələrə imza atmışıq. Onlardan biri də Bakı-Tbilisi-Qars dəmiyolu xəttidir. Baxmayaraq ki, bu layihəni ilk əvvəl Beynəlxalq Valyuta Fondu (IMF) maliyyələşdirmək istəmirdi. Çünki burada layihələrin icra edilməməsi üçün ermənilərin təsiri var idi".


Müəllif: