31 İyul 2017 10:00
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn həftə OPEK-ə üzv və qeyri-üzv ölkələrin növbədənkənar iclası keçiriləcək. Neft istehsalçıları avqustun 7-8-də Abu Dabidə Küveyt və Rusiyanın həmsədrliyində toplanacaq.

Teleqraf.com xəbər verir ki, neftin qiyməti keçən həftə 8.6 faiz artdıqdan sonra 0.7 faiz dəyər qazanıb.

Səudiyyə Ərəbistanının keçən həftə hasilatın azaldılması sazişinə tam əməl etməyən ölkələr üzərindəki təzyiqi artıracağını açıqlamışdı. Sazişə əsasən, ölkələr müəyyən edilmiş həcmlərdə neft hasilatını azaltmalıdırlar.

Azərbaycan götürdüyü öhdəliyə əməl edir.

Son zamanlar dünya bazarında neftin bahalaşması OPEK-in gözlənilən toplantısı ilə əlaqələndirilir.


Müəllif: Teleqraf.com