5 Oktyabr 14:38

Vergilər Nazirliyi "Turan" informasiya agentliyinin bank hesabına sərəncam qoyulması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, vergiödəyiciləri vergi öhdəliklərini vaxtında yerinə yetirmədikdə, onların bank hesablarına Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sərəncam qoyulur: “Bank hesablarına sərəncam qoyulması və qoyulmuş sərəncamın geri götürülməsi Vergilər Nazirliyi ilə banklar arasında bağlanılmış elektron sənəd mübadiləsi haqqında kollektiv sazişin tələblərinə əsasən insan amili olmadan, avtomatlaşdırılmış qaydada və elektron şəkildə həyata keçirilir. Həmin proqram təminatında yaranmış texniki nasazlıq səbəbindən "Turan” İnformasiya Agentliyinin bank hesabına sərəncam qoyulub və dərhal bu nasazlıq aradan qaldırılaraq sərəncam geri götürülüb”.

Qeyd edək ki, bəzi Kütləvi informasiya vasitələrində "Turan” İnformasiya Agentliyinin bank hesabına sərəncam qoyulması ilə bağlı məlumatlar yer alıb.


Müəllif: İlhamə Əbülfət