1 Noyabr 14:53
183

SOCAR-Ümid MMC ləğv olunduğunu elan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.

Məlumatda bildirilib ki, SOCAR-Ümid MMC Azneft İstehsalat Birliyinə qoşulmaqla fəaliyyətinə xitam verildiyini elan edir.

Qeyd edək ki, Azneft İstehsalat Birliyindən saytımıza verilən açıqlamaya görə, Babək-Ümid konsorsiumunun yaradılması ilə əlaqdar SOCAR-Ümid MMC-nin Azneft İstehsalat Birliyinin tərkibində qalması müvəqqəti xarakterlidir.


Müəllif: İlhamə Əbülfət