8 Dekabr 10:08
101

Bugünkü ticarət sessiyasında dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in dəyəri 18 min dollar həddini aşıb.

Beləliklə, ticarət sessiyasında 18,3 min dollar həddinə çatan "bitcoin" növbəti rekordu müəyyənləşdirib.

Onu da qeyd edək ki, Bakı vaxtı ilə saat 08:30 radələrində "bitcoin"in dəyəri 17,109 min dollara, 09:15-də isə 16,4 min dollara enib.

Ötən gün isə "bitcoin" ard-arda bir neçə rekord müəyyənləşdirib./APA/


Müəllif: Teleqraf.com