6 Mart 2015 22:49
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında neftin ucuzlaşması Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən reallaşdırılan layihələrə təsir etməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.

Rövnəq Abdullayev bildirib ki, xarici layihələrin maliyyələşməsində heç bir problem yoxdur:
“Azərbaycanda reallaşdırılan layihələrin isə maliyyə mənbələri hər kəsə məlumdur. Bu Karbomid zavodu, SOCAR Polipropilen zavodu, Neft-Qaz emalı zavodudur. Qeyd edim ki, hazırda Neft-Kimya Kompleksinin tikintisi də davam etdirilir. Bir sözlə, işlər plana uyğun gedir. Yəni, Neft Şirkəti iştirakçısı olduğu heç bir iri layihədə öz payını digər investorlara satmaq niyyətində deyil”.

İlhamə


Müəllif: