5 Aprel 2016 10:27
329

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edib.

Teleqraf.com-un məlumatına görə, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,85 dollar ucuzlaşaraq 35,51 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,71 dollar azalaraq 37,52 dollar olub.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,36 dollar ucuzlaşaraq 38,86 dollar təşkil edib.

Teleqraf.com


Müəllif: