8 İyul 2016 18:26

Sabah “Jara” Beynəlxalq musiqi festivalı başlayır.

Teleraf.com xəbər verir ki, festival iştirakçıları ölkəmizə gəlməyə başlayıblar. Artıq Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Bəxtiyar Əliyev Bakının qonağıdır. Müğənni Emin Ağalarovun iyulun 14-də Yaşıl Teatrda baş tutacaq konsertində xüsusi qonaq qismində iştirak edəcək.

“Jara” festivalında Rusiyalı məşhurlardan Valeriy Meladze, Nyuşa, Qriqoriy Leps, A-studio, Nikolay Baskov, Valeriya, Polina Qaqarina, Ani Lorak, Emin, Slava, MBAND, Potap və Nastya, Burito, İrina Dubtsova, A-DESSA, Ciqan, Svetlana Loboda, Qlyukoza, IOWA və digəriləri iştirak edəcəklər.

Azərbaycanlı məşhurlardan isə Zülfiyyə Xanbabayeva, Tünzalə Əliyeva, Murad Dadaşov, Səmra Rəhimli çıxış edəcəklər.

Festival iyulun 9-10-da "Sea Breeze" istirahət mərkəzində keçiriləcək.

Rəqsanə


Müəllif: