15 İyul 2016 12:32

Fransanın Nitsa şəhərində baş verən terror zamanı orda olan türk aktyor Onur Büyüktopçudan dünən axşamdan bəri xəbər alınmayıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Kiralık aşk” serialı ilə məşhurlaşan aktyor bir neçə gündür ki, Nitsa şəhərində istirahət edir. Olay anında meneceri ilə telefonla danışan aktyorun son sözləri bunlar olub: “İnsanları burda qırırlar, evə sığınmaq istəyirik, amma gedə bilmirik”.

Aktyor 12 günlük tətildən sonra bu axşam Türkiyəyə dönəcəkdi. Onun “İnstaqram” hesabında son paylaşımı isə yeni layihəsinin afişası olub.

Pərvin


Müəllif:
Загрузка...