15 İyul 2016 15:17
242

Aparıcı Vüsalə Kərimova bir neçə gün əvvəl avtomobil qəzası keçirən anasının səhhəti haqqında danışıb.

Aparıcı Teleqraf.com-a açıqlamasında anasının səhhətində irəliləyiş olduğunu deyib: “Əvvəlki günlərə nisbətən anamın səhhəti yaxşıdır. Hələ ki, ayağını hərəkət etdirə bilmir. Sağ ayağında “qematoma” olduğuna görə ayağa qalxa bilmir”.

Vüsalə Kərimova qəzanın baş vermə səbəbinin ekspertizadan sonra bilinəcəyini deyib: “Hələ ki, polis idarəsi və müstəntiq qəza haqqında məlumat vermir. Ekspertizanın nəticəsini gözləyirik. Deyilənə görə, qəzanın ekspertiza səbəbi bir ay sonra açıqlanmalıdır. Niyə o qədər gec olduğunu bilmirəm. Bir ay sonra qarşı tərəfin necə maşın idarə etdiyini, içkili olub-olmadığını biləcəyik”.

Vüsalə Kərimovanın valideynləri iyulun 9-da Gəncə-Kürdəmir yolunda avtomobil qəzası keçirib.

Rəqsanə


Müəllif: